ISPARDESIGN

3DS MAX ÜÇÜN · WINDOWS

Skriptlərin.
Bir yerdə. Hazır.

ISPARDESIGN Manager ilə skriptlərini quraşdır, yenilə və bir yerdən aç. Başlamaq üçün User Setup-ı endir.

User Setup-ı endir ↗

1.4.2.282.8 MBWindows · EXE

İlk dəfə quraşdırırsan? Addımlara bax ↓
ISPARDESIGN · USER MANAGER1.4.2.28
ISPARDESIGNUSER
Bütün skriptlərQuraşdırılanlarYeniləmələr
▤

Divar paneli

Modelləşdirmə

Quraşdırılıb
⊞

Pəncərə

Modelləşdirmə

Quraşdırılıb
↗

Pilləkən

Modelləşdirmə

Aç →
Skriptlərin bir paneldə
01 / İŞ AXINIİzah üçün interfeys nümunəsi
01 Setup-ı endir→02 Kompüterə quraşdır→03 Max-da işə başla

QURAŞDIRMA TƏLİMATI

İlk addımdan
ilk skriptə.

Hər addımı şəkil və mətnlə izlə.
Texniki qovluq axtarmağa ehtiyac yoxdur.

User Setup-ı endir düyməsi və endirilmiş EXE faylıİzahlı nümunə
01

User Setup-ı endir

Yuxarıdakı narıncı düyməni bas. Endirmə bitəndən sonra faylı brauzerin endirmələr siyahısında və ya Yükləmələr / Downloads qovluğunda tap.

Fayl adı: ISPARDESIGN_User_Setup_…exe
3ds Max-ı bağlamaq və Setup faylını açmaq addımıİzahlı nümunə
02

Max-ı bağla, Setup-ı aç

Açıq səhnəni əvvəl saxla və 3ds Max-ı bağla. Endirdiyin User Setup faylını iki dəfə klikləyib aç. Quraşdırma tamamlandı bildirişini gözlə.

Uyğun Max istifadəçi profilləri avtomatik tapılır.
3ds Max açıldıqda ISPARDESIGN Manager-i göstərən izahlı görüntüİzahlı nümunə
03

3ds Max-ı yenidən aç

Max açıldıqdan sonra ISPARDESIGN ikonundan Manager-i aç. Manager görünmürsə, aşağıdakı suallar bölməsindəki addımları yoxla.

İlk açılışda panelin hazırlanmasını gözlə.
Hesaba daxil olmaq və skriptdə Quraşdır düyməsini basmaq addımıİzahlı nümunə
04

Daxil ol və skriptini quraşdır

Sənə verilmiş login və şifrə ilə daxil ol. Hesabına açılan skripti seç, Quraşdır bas. Tamamlanandan sonra Aç düyməsi ilə istifadə et.

Skript endirməsi və ilk giriş üçün internet lazımdır.

VİDEO TƏLİMAT

Baxaraq quraşdır.

Quraşdırma videosu hazırlandıqda burada görünəcək.
Hələlik yuxarıdakı şəkilli addımlardan istifadə et.

▶Video tezlikləŞəkilli təlimat artıq hazırdır

QISA CAVABLAR

Başlamazdan əvvəl.

Setup bütün skriptləri birlikdə quraşdırır?

Setup əvvəl Manager-i quraşdırır. Skriptləri Manager içində, hesabına verilmiş icazələrə uyğun olaraq ayrıca quraşdırırsan.

Manager Max-da görünmür. Nə edim?

Max-ı bir dəfə açıb bağla, sonra Setup-ı yenidən işlət və Max-ı aç. Quraşdırma zamanı göstərilən xəta varsa, mətnini saxlayıb proqramı aldığın əlaqə kanalına göndər.

Login və şifrəni haradan alım?

Giriş məlumatlarını ISPARDESIGN sənə təqdim edir. Saytdan Setup endirmək hesab yaratmır. Telegram girişi ilə Manager hesabı ayrıdır.

Yeni versiyanı necə alacağam?

Bu səhifədəki endirmə düyməsi saytda yayımlanmış son User Setup-a aparır. Skript yeniləmələrini isə Manager-in Yenilə bölməsindən yoxlaya bilərsən.

Hansı kompüter üçündür?

Bu, Windows-da işləyən 3ds Max üçün User Setup-dır. Konkret skriptlərin uyğunluğu Max və render mühərrikinin versiyasından asılıdır. Telefon üçün proqram deyil.

BAŞLAMAĞA HAZIRSAN?

İşini bir yerdən idarə et.

User Setup-ı endir ↑